AMEA-nın şöbə müdiri vəfat etdi

AMEA-nın şöbə müdiri vəfat etdi
  04 İyul 2020    Oxunub:11247
AMEA-nın şöbə müdiri dünyasını dəyişib.
Azvision.az -ın məlumatına görə, AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin müdiri, biologiya üzrə elmlər doktoru Hacı Şıxlinski 68 yaşında vəfat edib.

Qeyd edək ki, Hacı Şıxlinski 1952-ci ildə Qazax rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. Hacı Şıxlinskinin 238 elmi əsəri çapdan çıxıb. Xaricdə çıxan elmi əsərlərin sayı 90-dan çoxdur.

Azərbaycan SSR şəraitində üzümün rayonlaşdırılmış və yeni seleksiya formalarının filloksera və göbələk xəstəliklərinə davamlılığı mövzusunda namizədlik dissertasiyasının, Filloksera ilə zədələnmiş müxtəlif üzüm sortlarının köklərində mikroorqanizmlərin öyrənilməsi və kompleksdavamlı formaların aşkar edilməsi mövzusunda isə doktorluq dissertasiyasının müəllifidir.

Azvision.az


Teqlər: AMEA  





Xəbər lenti