“Heç kim sabah başına nə gələcəyini bilmir” - Nəzakət Teymurova

 “Heç kim sabah başına nə gələcəyini bilmir” -  Nəzakət Teymurova
  04 İyul 2020    Oxunub:12654
Bu gün Azərbaycanın Xalq artisti Nəzakət Teymurovanın doğum günüdür. 48 yaşını qeyd edən xanəndə ad günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.
Sənətkar bildirib ki, onu ilk təbrik edən övladı olub: "Axşam saat 12-dən sonra qızımdan ilk təbriki aldım. İndi vəziyyət elədir ki, hansısa restorana getmək, doğum gününü əyləncəli qeyd etmək mümkün deyil. Ona görə də bacımgilin bağına gedib, orada ad günümü ailə daxilində keçirəcəyəm".

N.Teymurova yeni yaşın onu qorxutmadığını söyləyib.

"Hər yaşı yaşamaq lazımdır. Çalışmalıyıq ki, Allah verən ömrü xoşbəxt günlərlə keçirək. Yeni yaşım mənə düşərli olsun. İnsanın ruhu hansı yaşdadırsa, cismi də o yaşda sayılır. Ona görə də əsas can sağlığıdır. Kimin ağlına gələrdi ki, ad günümü koronaviruslu bir vaxtda qeyd edərəm. Allahdan başqa heç kim sabah başına nə gələcəyini bilmir. Taleyimiz öz əlimizdə olsaydı, hər şeyin gözəlini özümüzə edərdik. Allah verən ömrə şükür edib, hüzurlu yaşamalıyıq".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: NəzakətTeymurova  





Xəbər lenti