Kolumbiyadan Azərbaycanın iş adamlarına təklif

Kolumbiyadan Azərbaycanın iş adamlarına təklif
  04 İyul 2020    Oxunub:3717
Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyi ölkənin bütün biznes birliyini 7-9 iyul 2020-ci il tarixlərində keçiriləcək "Digital Colombia Investment Roadshow"da iştiraka dəvət edir.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, “Colombia Investment Roadshow” 2018-ci ildə İngiltərədə yaradılan və Kolumbiyaya birbaşa xarici investisiyaların təşviqi və cəlb edilməsini, eyni zamanda Böyük Britaniya və Kolumbiyadakı digər qlobal şirkətlər üçün biznes imkanları yaratmağı hədəfləyən bir platformadır.

“Colombia Investment Roadshow” İngiltərə və Avropa investorları üçün, eləcə də İngiltərənin infrastruktur, enerji və texnologiya sektorlarında məhsul və xidmətlər tədarükçüləri üçün bir sıra imkanları bir araya gətirir və aşağıda qeyd olunmuş mövzularda onlayn konfranslara qatılmaq imkanı yaradır:

- Kolumbiyanın iqtisadi bərpa perspektivləri və birbaşa xarici investisiya üçün imkanlar

- İnfrastruktur və enerji, iqtisadi bərpa üçün əsas iqtisadi sektorlar

- Kolumbiya qlobal tədarük zəncirlərinin dəyişikliyində əsas oyunçu

- Kolumbiya ilə İngiltərə arasındakı əsas ticarət və investisiya asanlaşdırılması vasitələri haqqında məlumat

Bundan əlavə, 50-dən çox Kolumbiya layihəsi üçün kolumbiyalı layihə tərtibatçıları ilə onlayn təkbətək görüşlər mümkündür. Bütün layihələr infrastruktur, enerji, texnologiya, aqrobiznes, təsir və tullantıların idarəedilməsi sektorlarında beynəlxalq sərmayələrə hazırdır.

Ətraflı məlumat üçün veb sayta daxil olun.

Hər hansı bir sual yarandığı təqdirdə, Kolumbiya Respublikasının Azərbaycandakı səfirliyi ilə aşağıda qeyd olunmuş elektron poçt vasitəsi ilə əlaqə saxlamağınız xahiş olunur:

[email protected] və ya [email protected]

Pərvanə Sultanova
Azvision.az


Teqlər: “ColombiaInvestmentRoadshow”  





Xəbər lenti