Lukaşenko ölkəsinin koronavirusa qalib gəldiyini deyir

Lukaşenko ölkəsinin koronavirusa qalib gəldiyini deyir
  02 İyul 2020    Oxunub:2559
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin koronavirus infeksiyası üzərində qələbə çaldığını deyib.
Azvision.az xəbər verir ki, Lukaşenko dövlət mükafatlarının təqdimedilməsi zamanı çıxışında COVID-19 ilə mübarizənin başında duran həkimlərin işini xüsusilə qeyd edib.

Onun sözlərinə görə, Belarus siyasi məntiq və xalq müdrikliyi nümayiş etdirdi.

"Bu gün qalib gəldiyimizi deyə bilsək də, mübarizənin dərəcəsini azaltmırıq. СОVID-19 üzərində qəti qələbədən sonra biz mütləq bu gün vəzifəsinin başında olan həkimlərimizlə görüşəcəyik", - deyə Lukaşenko bildirib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: AleksandrLukaşenko  





Xəbər lenti