Mübariz Tağıyevin karantin günləri: “Hər şeyə dözərik...”

 Mübariz Tağıyevin karantin günləri:  “Hər şeyə dözərik...”
  29 İyun 2020    Oxunub:10555
"20-30 il bundan əvvəlki çəkilişlərə baxıram. Ötən illərin xatirələri maraqlı gəlir".
Bunu Azvision.az -a Xalq artisti Mübariz Tağıyev karantin günlərindən danışarkən deyib.

Tanınmış müğənni hazırda bağ evində dincəldiyini söyləyib: "Bağdayam, uşaqlarım, nəvələrim də yanımdadır. Bir qədər açıqlıqdır, bağın həyətində gəzməyə, müəyyən qədər işlər görməyə imkan var. Vaxtilə yazılmış köhnə, 20- 30 il əvvəlki kasetlərə baxıram, maraqlı gəlir. Elə mahnılar var ki, özüm yazmışam, çəkilmişəm yadımdan çıxıb artıq. Ötən xatirələr, günlər maraqlıdır, təsirlidir. Onları yeniləmək lazımdır, yeni aranjiman haqqında düşünürəm. İşlər çoxdur".

M.Tağıyev bildirib ki, koronavirusdan qorunmaq üçün mümkün üsullardan istifadə edir.

"Müəyyən məsələlər var ki, riayət etməliyik, özümüzü qorumalıyıq. Məsələn, çəkilişlərə gedəndə çalışıram ki, çox insanla təmasda olmayım, sosial məsafəni gözləyirəm. Dostlarımla daha çox telefonla danışırıq. Sənət adamına işləmək, musiqi əsəri yaratmaq lazımdırsa, ciddi çətinlik yoxdur, hər yol ilə bunu etmək lazımdır. Hər şeyə dözərik, bircə bu virusun əlacı tapılsaydı".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: MübarizTağıyev   müğənni  





Xəbər lenti