Agentlik 50 min manat qonorar verdi

Agentlik 50 min manat qonorar verdi
  16 Yanvar 2014    Oxunub:953
Əsərlərin könüllü qeydiyyat sistemini tətbiq edən ilk ölkələrdən biri kimi ölkəmizdə qeydiyyat sisteminin tətbiq olunduğu 1996-cı ildən indiyədək Agentlikdə 9 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.
Bu barədə AzVision.az-a Müəllif Hüquqları Agentliyindən məlumat verilib. Bildirilib ki, bu illər ərzində 195 müəllifin 578 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 365 Şəhadətnamə verilib, 13 müəllifin 21 əsəri elektronqaydada qeydiyyatdan keçirilib və Əsərin qeydiyyatı haqqında 21 şəhadətnamə verilib.

1996-2013-cü illərdə qeydiyyatdan keçirilmiş əsərlərin ümumi sayı – 9133-dür. Bu illər ərzində 2910 musiqi əsərləri, ədəbi 2274, elmi və tədris 1611,dizayn və dekorativ 770, toplular 333, multimedia əsədləri 61, fonoqramlar cə yayım təşkilatlarının verilişləri 39, məlumat bazaları na aid olan 11 əsər qeydiyyatdan keçib.

Agentlikdən bildiriblər ki, 2013-cü ildə qeydiyyatdan keçirilmiş əsərlərin sayı 578-dir.

2013-cü ildə istifadəçi təşkilatlar tərəfindən 92 min manatdan artıq müəllif qonorarı hesablanıb, 303 nəfər müəllifə köçürmə yolu ilə 50279 manat qonorar ödənilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti