Orduya həsr olunan konsert proqramı hazırlanıb

Orduya həsr olunan konsert proqramı hazırlanıb
  26 İyun 2020    Oxunub:8347
Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan konsert proqramı hazırlanıb.
Azvision.az xəbər verir ki, Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyan, təhlükəsizliyini və müdafiəsini təmin edən Silahlı Qüvvələrin yaradılmasının 102-ci ildönümünə həsr olunan proqramın çəkilişləri Mərkəzin interyer və eksteryerində, tamaşaçıların iştirakı olmadan aparılıb.

Konsertdə Xalq artistləri Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, İlqar Muradov, Əməkdar artistlər Manana Caparidze, Lalə Məmmədova, Nurlan Növrəsli, tanınmış müğənnilər Samirə Allahverdiyeva, Sevda Yəhyayeva, Günay İbrahimli, Ayaz Qasımov, Elnur Məmmədov və Elçin Cəfərov vətənpərvərlik mahnıları təqdim ediblər.

Proqramda Silahlı Qüvvələrin tərkib hissəsi olan Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin nümayəndələrinin, Qarabağ müharibəsi iştirakçısının fikirləri də əksini tapıb.

Konsert iyunun 26-da saat 21:30-da Azərbaycan Televiziyasında (AZTV) və İctimai Televiziyada yayımlanacaq.

Azvision.az



Teqlər: Ordu   Konsert  





Xəbər lenti