“2015-ci ilə yaxşı hazırlaşmalıyıq” - Ərdoğan

“2015-ci ilə yaxşı hazırlaşmalıyıq” - Ərdoğan
  15 Yanvar 2014    Oxunub:1122

Türkiyənin baş naziri Rəcəp Tayyib Ərdoğan səfirlərin konfransında erməni soyqırımından danışıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan çıxışında qondarma erməni soyqırımının 100-cü il dönümünə toxunub:

“Gələn il erməni olaylarının 100-cü ili olacaq. Erməni diasporası bunun üçün qara propoqandaya başlayacaq. Buna görə də 2015-ci ilə yaxşı hazırlaşmağımız lazımdır”.

Daha sonra çıxışna davam edən nazir qeyd edib ki, dünyadakı hər bir dövlətin sərhədlərinə və daxili işlərinə sonsuz hörmətləri var ancaq fiziki sərhədlərin içinə insani və vicdani duyğularının xüsusilə də xarici siyasəti həbs edə bilmərik. Daha 100 il əvvəl iç-içə yaşadığımız xalqlara qarşı biganə ola bilmərik.

AzVİsion.az


Teqlər:  





Xəbər lenti