“NATO müttəfiqləri Bakı ilə münasibətlərə dəyər verir” - Fransa səfiri

 “NATO müttəfiqləri Bakı ilə münasibətlərə dəyər verir” -  Fransa səfiri
  24 İyun 2020    Oxunub:2883
NATO müttəfiqləri Bakı ilə münasibətlərə qeyri-müəyyən regional və təhlükəsizlik kontekstində dəyər verir.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross "Twitter" hesabında yazıb.

Diplomat qeyd edib ki, Azərbaycanın NATO ilə əməkdaşlığı və tərəfdaşlığı praktiki olaraq ölkənin müstəqilliyi və suverenliyi ilə eyni yaşdadır.

“Əlbəttə ki, bu, təsadüf deyil. NATO müttəfiqləri Bakı ilə münasibətlərə qeyri-müəyyən regional və təhlükəsizlik kontekstində dəyər verir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NATO  





Xəbər lenti