Polis 6,8 tondan çox çətənə kolunu məhv edib

Polis 6,8 tondan çox çətənə kolunu məhv edib
  23 İyun 2020    Oxunub:2534
Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Mənəşli kəndinin ərazisində 1,4 hektar sahədə yabanı halda bitən çəkisi 1 ton 465 kiloqram olan 4188 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qarayazı qəsəbəsinin ərazisində 1 hektar sahədə yabanı halda bitən çəkisi 5 ton 352 kiloqram olan 17840 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti