Merkelin yatağına soxulan türk həbs olunacaq

Merkelin yatağına soxulan türk həbs olunacaq
  15 Yanvar 2014    Oxunub:1059
Volkan Tod barəsində ittihamnamə artıq hazırdır. Günahkar bilinəcəyi təqdirdə 24 yaşlı türk vətəndaşının həbs olunacağı gözlənilir. Bu barədə türkiyənin Milliyyət qəzeti yazıb.

Xatırladaq ki, bir müddət əvvəl AzVision.az-ın verdiyi xəbərə görə, ötən ilin avqust ayında türk vətəndaşı kulturist Volkan Tod, Almaniya kansleri Anqela Merkelin şəxsi təyyarəsinə minib, yarıçılpaq vəziyyətdə rəqs edib, daha sonra pilotların kabininə daxil olub və təyyarəni işə salmağa cəhd edib. Bu da azmış kimi yanğın söndürən köpüklə Merkelin bahalı salonunu məhv edib və necə edibsə təhlükəsizlik şarını buraxmağı bacarıb.

O zaman onu tutub, dindirib sonra da buraxmışdılar. Lakin hər şey bununla bitməyib. Ötən bazar ertəsi günü Tod yenidən kanslerin təyyarəsinin göyərtəsinə qalxıb və... hökumət başçısının çarpayısında yatıb.

Ağılasığmazdır amma, ciddi mühafizə olunan Köln-Bonn aeroportunun ərazisinə türk kulturist yerli polisin ona əlbəəl verdiyi buraxılış vərəqəsi vasitəsi ilə keçib. 24 yaşlı gənc polisə elə qəmli hekayə danışıb ki, polisin ona ürəyi yanıb. Həmçinin deyib ki, guya hərbiçidir və sənədlərini evində unudub.

Volkan bir neçə saat Merkelin yatağında yatıb, sonra özü də bilmədən siqnalizasiya sistemini işə düşməsinə səbəb olan hərəkət edib. Təhlükəsizlik xidməti meqafon vasitəsilə ondan könüllü olaraq təyyarəni tərk etməsini xahiş edib, lakin gənc buna əhəmiyyət verməyib.

Buna görə də polis xüsusi əməliyyat keçirməyə məcbur olmuşdu. Sonda onlarla polis və bir it narkoman-kulturusti Merkelin yatağından çıxara bilmişdilər. Hətta it onun ayağını iki yerdən dişləmişdi.

Səbinə


Teqlər:  





Xəbər lenti