Fransa prezidentinin sevgilisi hamilədir

Fransa prezidentinin sevgilisi hamilədir
  15 Yanvar 2014    Oxunub:1070
Fransa mətbuatı ölkə prezidenti Fransua Olandın aktrisa Jüli Qaye ilə sevgi macərası barədə yeni-yeni məlumatlar yaymağa davam edir.
AzVision.az fransız mətbuatına istinadla xəbər verir ki, dövlət başçısının sevgilisi hamilədir.

“ Yelisey sarayından, etibarlı mənbə tərəfindən verilən məlumata görə, Jüli Qaye 4 aylıq hamilədir. Bu informasiyanı M6 telekanalının jurnalisti də təsdiqləyib” – deyə Le Reel qəzeti öz Twitter səhifəsində yazır.

Qeyd olunur ki, həm Oland, nə də onun 41 yaşlı sevgilisi bu xəbəri şərh etməkdən yayınırlar.

Yanvarın 14-də keçirdiyi mətbuat konfransında Fransa prezidenti şəxsi həyatı, eləcə də yeni eşq macəraları barədə verilən suallara cavab verməkdən imtina edib.

“Hər kəs şəxsi həyatında müəyyən sınaqlardan keçir. Bu şəxsən bizə aid olan məsələdir... Lakin mənim bir prinsipim var. Şəxsi məsələlər şəxsi həyata hörmət əsasında həll olunmalıdır. Bu gün mən bu barədə heç bir suala cavab verməyəcəyəm”- prezident deyib.

Bununla yanaşı Oland bildirib ki, hazırki həyat yoldaşı Valeri Triyerveylerlə aralarındakı münasibəti necə davam etdirmək məsələsini fevralın 11-nə (Olandın ABŞ-a rəsmi səfərinədək) həll edəcəklər.

Səbinə


Teqlər:





Xəbər lenti