Tullantıdan hazırlanan əl işləri - FOTOLAR

 Tullantıdan hazırlanan əl işləri -  FOTOLAR
  17 İyun 2020    Oxunub:17085
Zaqatala sakini Həybullah Babayev tullantı və lazımsız daş parçalarını sənət əsərinə çevirir. Gəncin hazırladığı əl işləri görənləri heyrətləndirir. İncəsənətin mozaika və dağlama növü ilə məşğul olan H.Babayev ali təhsil almayıb, bu sahəyə uşaqlıqdan maraq göstərməyə başlayıb.
İstifadəyə yararsız maşın şinləri, zibilliyə atılmış mişar daşlarına ikinci həyat verən Zaqatala sakini düzəltdiyi əşyaları öz həyətində sərgiləyir.

Onun dediyinə görə, ilk baxışdan sadə görünsə də, bu iş çətin olduğu qədər səbr tələb edir.

















Foto: Əhməd Xəlilov
Azvision.az


Teqlər: Zaqatala  





Xəbər lenti