Elmira Rəhimovanın oğlu: “Anamı koronavirusdan qoruyuruq”

  Elmira Rəhimovanın oğlu:  “Anamı koronavirusdan qoruyuruq”
  16 İyun 2020    Oxunub:4704
"Anam özünü normal hiss edir. Əvvəlki vaxtları ilə müqayisədə vəziyyəti nisbətən yaxşıdır".
Bunu Azvision.az -a Xalq artisti Elmira Rəhimovanın oğlu Anand Rəhimov deyib. O, bildirib ki, tanınmış sənətçi ev şəraitində müalicəsini davam etdirir.

"Anam günün çox hissəsini evdə keçirir. Karantin olduğundan risk edib, çölə çıxarmırıq. Evdə televizora baxır, darıxanda balkonda hava alır. Vəziyyətini normal hesab etmək olar. Çalışırıq ki, maksimal dərəcədə onu virusdan qoruyaq",- deyə A. Rəhimov qeyd edib.

Qeyd edək ki, müğənni uzun müddətdir təzyiq, şəkər xəstəliyindən və əsmədən əziyyət çəkir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ElmiraRəhimova  





Xəbər lenti