Ceyranbatan su anbarının ərazisindəki yanğın söndürüldü

   Ceyranbatan su anbarının ərazisindəki yanğın söndürüldü
  11 İyun 2020    Oxunub:1834
Abşeron rayonu ərazisində Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən saat 16:49-da söndürülüb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, yanğının söndürülməsi əməliyyatına Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və 17 ədəd texnikası, Aviasiya dəstəsinin 3 ədəd helikopteri, Mülki müdafiə qoşunlarının və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Ceyranbatan   Yanğın   FHN  





Xəbər lenti