Bu həftə 42 mindən çox şagird imtahan verəcək

Bu həftə 42 mindən çox şagird imtahan verəcək
  08 İyun 2020    Oxunub:2959
Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 10-da və 11-də keçiriləcək ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarında ümumilikdə 42 min 618 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur.
Bu barədə Azvision.az -a DİM-dən məlumat verilib.

Bildirilib ki, iyunun 10-da 25 min 597, iyunun 11-də isə 17 min 21 şagirdin imtahanda iştirakı planlaşdırılır.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti