Almanlardan ABŞ-dakı irqçiliyə etiraz - Berlində aksiya keçirildi

  06 İyun 2020    Oxunub : 4136
 Almanlardan ABŞ-dakı irqçiliyə etiraz -  Berlində aksiya keçirildi
Berlinin mərkəzində 10 minə yaxın insan ABŞ-dakı etirazçılara həmrəylik nümayiş etdirərək irqçilik əleyhinə mitinq keçirib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsindən sonra ABŞ-da başlayan nümayişlərə dəstək məqsədilə bəzi Avropa ölkələrində aksiyalar təşkil olunub.

Belə ki, ötən həftə nümayişçilər ABŞ-ın Berlindəki səfirliyinin qarşısında toplaşıblar. Bu həftə isə Paris, Afina, London və digər şəhərlərdə etiraz nümayişləri baş tutub.

Qeyd edək ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı qaradərili vətəndaşın polis tərəfindən boğularaq öldürülməsi ölkədə kəskin etirazlara səbəb olub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: ABŞ   Etiraz