Belarusda 48 minə yaxın insan koronavirusa yoluxub

  06 İyun 2020    Oxunub : 2614
Belarusda 48 minə yaxın insan koronavirusa yoluxub
Belarusda son sutka ərzində 883 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 47 min 751 nəfərdir. Pandemiya qurbanlarının sayı 4 nəfər artaraq 263-ə çatıb. İndiyədək 23 min 15 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Belarus   virus