NATO koronavirusun ikinci dalğasına hazırlaşır
Onun sözlərinə görə, NATO tibbi materialların sürətli daşınması üçün ehtiyat mənbəyi və tibbi avadanlıqlardan ibarət anbar hazırlamaq niyyətindədir.
"Planlaşdırmamızı NATO üzvlərinə və alyansla sıx əlaqəli olan tərəfdaş ölkələrə daha yaxşı, daha sürətli kömək edə biləcək şəkildə tənzimləməliyik" ,- deyə Stoltenberq bildirib.
Planın hazırlanması yaxın vaxtlarda başa çatdırılacaq, iyun ayının ortalarında Alyansın müdafiə nazirlərinin videokonfrans formatında keçiriləcək iclasında təqdim ediləcək.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: NATO