Mikayıl Müşfiqin doğum günüdür

Mikayıl Müşfiqin doğum günüdür
  05 İyun 2020    Oxunub:8113
Bu gün Azərbaycanın görkəmli şairi Mikayıl Müşfiqin doğum günüdür.
Azvision.az xəbər verir ki, İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub.

Mikayıl Müşfiq əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931).

Müşfiqin “Yenə o bağ olaydı”, “Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

1930-50-ci illərdə ölkəni bürüyən repressiyalar zamanı təqib və böhtanlara məruz qalaraq, gənc yaşında həbs edilib. Bir çox ziyalılarımız kimi “xalq düşməni” damğası ilə 1938-ci il yanvarın 6-da güllələnib.

Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub. Məktəb, küçə və qəsəbəyə onun adı verilib.

Azvision.az


Teqlər: MikayılMüşfiq  





Xəbər lenti