Ötən ay dövlət xətti ilə 143 ipoteka krediti verilib

  02 İyun 2020    Oxunub : 1882
Ötən ay dövlət xətti ilə 143 ipoteka krediti verilib
Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği may ayı ərzində 0,7%-ə yaxın və ya 9 969 125 manat artaraq bu il iyunun 1-nə 1 466 567 804 manat təşkil edib.
İpoteka və Kredit Zəmanət Fondundan Azvision.az -a verilən məlumata görə, dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı da aylıq 143 ədəd artaraq 28 961-ə çatıb. Zəmanət verilmiş kreditlərin məbləği də hesabat dövründə 86 391 000 manat təşkil edib.

Qeyd edək ki, hazırda maksimal 150 min manat olan ipoteka kreditləri maksimal 25 il müddətinə 15% minimal ilkin ödənişlə, maksimal 100 min manat olan güzəştli ipoteka kreditləri isə 10% minimal ilkin ödənişlə maksimal 30 il müddətinə verilir.

Azvision.az

Teqlər: İpoteka