Bu il ən çox idxal əməliyyatları fevralda aparılıb

  31 May 2020    Oxunub : 2674
Bu il ən çox idxal əməliyyatları fevralda aparılıb
Cari ildə Azərbaycanda ən çox idxal əməliyyatları fevral ayında aparılıb.
Azvision.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu il idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda, ən aşağı göstəricisi isə yanvarda qeydə alınıb.

Fevral ayında ixrac əməliyyatları dəyəri 1 milyard 66,4 milyon ABŞ dolları, yanvarda isə 720,9 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında ölkəyə idxal edilən məhsulların dəyəri 3 milyard 381,8 milyon dollar olub.

Azvision.az

Teqlər: İdxal   Əməliyyat