Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb

Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb
  31 May 2020    Oxunub:2739
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən Azərbaycanın görkəmli aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası hazırlanıb.
Nazirlikdən Azvision.az -a bildirilib ki, dizaynı “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış markanın üzərində qrafik şəkildə aktrisanın portreti əks olunub. 16 (4x4) markadan ibarət vərəqdə markaların şaquli düzülüşü kino lentini xatırladır. Bu düzülüş əsasında hər markaya 1 bütöv, 2 yarımçıq “kadr” düşür.

Markalar Belarusun “Bobruisk Integrated Printing House” mətbəəsində 300 min tirajla çap olunub. Eyni zamanda, 200 ədəd “Birinci gün” zərfləri hazırlanıb.

Azvision.az


Teqlər: LeylaBədirbəyli  





Xəbər lenti