“Naxçıvan” gəmi-bərəsi əsaslı təmir olunub
Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb. “Naxçıvan” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi, üst göyərtəsi də təmizlənərək rənglənib.
Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb. Uzunluğu 154,55 metr, eni isə 18,3 metr olan “Naxçıvan” gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir.
Azvision.az