Moskvada özünütəcrid rejimi uzadıldı

  27 May 2020    Oxunub : 2800
Moskvada özünütəcrid rejimi uzadıldı
Rusiyanın paytaxtı Moskvada koronavirus təhlükəsi ilə əlaqədar tətbiq olunan özünütəcrid rejiminin müddəti iyun ayının 14-dək artırılıb.
Azvision.az xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Moskvada məhdudiyyətlərin yumşaldılmasına dair ikinci mərhələyə keçilməsinə baxmayaraq, koronavirusa yoluxma riski hələ də mövcuddur.

Mer sakinləri maksimum ehtiyatlı olmağa çağırıb.

Azvision.az

Teqlər: Moskva   Koronavirus