Naxçıvanda bank sisteminin inkişafı diqqətdə saxlanılır
Onun sözlərinə görə, bank nağdsız ödənişlərin inkişafı üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən elan edilmiş müsabiqələrdə Azərbaycan bankları arasında “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyasında birinci, “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə isə üçüncü yerə layiq görülüb:
" "Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyəti muxtar respublikada kənd təsərrüfatı və biznesin inkişaf etdirilməsi üçün sərfəli kredit bazarını formalaşdırmağa çalışır. Bankın 1 may 2020-ci il tarixə kredit portfelinin həcmi 103 milyon 146 min manatdır ki, bunun da 59 milyon 327 min manatını muxtar respublikada kənd təsərrüfatı və real sektorda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinə verilmiş kreditlər təşkil edir. Eyni zamanda əhalinin vaxt məhdudiyyəti olmadan məsafəli bank xidmətlərindən yararlanması üçün şərait yaradılmış və internet bank xidmətlərinin göstərilməsi təmin edilib".
Azvision.az