Muzey və qoruqlarda “açıq qapı” günləri keçirilir

Muzey və qoruqlarda “açıq qapı” günləri keçirilir
  25 May 2020    Oxunub:9998
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında “açıq qapı” günləri təşkil olunur.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, 28 May - Respublika Günü və Ramazan bayramı münasibəti ilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə 25-28 may tarixlərində adıçəkilən müəssisələrə giriş sərbəstdir.

Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilir.

Azvision.az


Teqlər: Muzey   Qoruq  





Xəbər lenti