Rusiyada bir gündə 8599 nəfər koronavirusa yoluxdu

  24 May 2020    Oxunub : 2745
 Rusiyada bir gündə 8599 nəfər koronavirusa yoluxdu
Rusiyada son sutka ərzində 8599 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə ümumi yoluxma sayı 344 min 481-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək 113 min 299 xəstə sağalıb. Pandemiya qurbanlarının sayı isə 153 nəfər artaraq 3541-ə yüksəlib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya