Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadıldı

Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadıldı
  23 May 2020    Oxunub:6626
COVID-19 koronavirus infeksiyası pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, 2020-ci ilin 15 iyun tarixinədək (15 iyun daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.
"Azərbaycan Hava Yolları"ndan Azvision.az -a verilən məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur.

Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

Azvision.az


Teqlər: AZAL  





Xəbər lenti