Bakı sakini yarım kiloqram narkotiklə tutuldu

Bakı sakini yarım kiloqram narkotiklə tutuldu
  23 May 2020    Oxunub:2838
Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyatı Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları keçirib.

Zabrat qəsəbəsi ərazisindəki Zabrat dəmir yolu stansiyasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Kərimullayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti