Karantin dövründə Miqrasiya Xidmətinə 92 967 zəng daxil olub
Onun sözlərinə görə, qəbul edilən zənglərin 36 min 337-si müvəqqəti olma müddətinin uzadılması, 24 min 624-ü müvəqqəti yaşama icazəsi, 2 min 701-i iş icazəsi, 2006-sı daimi yaşama icazəsi, 1067-si inzibati xəta, 1444-ü vətəndaşlıq məsələləri, 4 min 408-i olduğu yer üzrə qeydiyyat, 20 min 380-ni isə digər məsələlərlə bağlı olub. Bu da ötən illə müqayisədə təqribən 4 dəfə çoxdur.
Xidmət rəisi Çağrı Mərkəzinə daxil olan müraciətlərin hər birinin diqqətdə saxlanıldığını və operativ şəkildə cavablandırıldığını bildirib. Bir daha əcnəbilərə istənilən məsələ ilə bağlı (012) 919 - Çağrı Mərkəzinə zəng edə bilmələrini xatırladıb.
Aytən Zəhra
Azvision.az
Teqlər: