ASCO-nun “qaynar xətti”nə 244 zəng daxil olub
Məlumata görə, onlardan 117-si koronavirus və karantin, 127-si isə müxtəlif suallarla əlaqəli olub. Müraciət edən şəxslərə psixoloji dəstək göstərilib, onlara tövsiyələr verilib.
Bundan başqa, indiyədək “Dənizçilər poliklinikası”nda indiyə qədər 554 nəfər koronavirusla bağlı tesdən keçib. Onlardan 512 nəfər dənizçi, 42 nəfər sərnişin olub.
“Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb. Zənglər günün 24 saatı ərzində qəbul olunur və müraciətlər operativ şəkildə cavablandırılır.
Azvision.az
Teqlər: ASCO