Məmmədyarov Lavrovla Qarabağı müzakirə etdi

 Məmmədyarov Lavrovla Qarabağı müzakirə etdi
  19 May 2020    Oxunub:4560
Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
XİN-dən Azvision.az -a verilən məlumata görə, nazirlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında baş tutmuş telefon danışığından sonra verilmiş tapşırıqlara uyğun olaraq, Rusiyanın Dağıstan Respublikasında Azərbaycan vətəndaşlarının yığılması ilə əlaqədar vəziyyəti və məsələnin həlli üçün hər iki ölkə tərəfindən əlaqəli şəkildə atılmalı addımları müzakirə ediblər.

Tərəflər ikitərəfli strateji münasibətlərin inkişafı, o cümlədən iqtisadi və ticarət əlaqələrinin, yükdaşımaların genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi həyata keçiriliblər. Nazir Elmar Məmmədyarov həmkarını ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirilmiş ən son video-konfrans formatında görüşü barədə məlumatlandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: XİN   Məmmədyarov   Lavrov  





Xəbər lenti