Ölkədə muzdla çalışan işçilərin sayı artıb

Ölkədə muzdla çalışan işçilərin sayı artıb
  18 May 2020    Oxunub:3426
Aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 65,3 min nəfər və ya 4,1 faiz artaraq 1 milyon 646,1 min nəfər olub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, onlardan 911,7 mini iqtisadiyyatın dövlət sektorunda, 734,4 mini isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,3 faizi təhsil, 17,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,5 faizi tikinti, 6,9 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Azvision.az


Teqlər: DSK   Muzdlu-İşçi  





Xəbər lenti