“Eurovision-2021” Rotterdamda keçiriləcək

“Eurovision-2021” Rotterdamda keçiriləcək
  17 May 2020    Oxunub:7031
"Eurovision" mahnı müsabiqəsi 2021-ci ildə Niderlandın Rotterdam şəhərində keçiriləcək.
Azvision.az xəbər verir ki, Avropa Yayım Birliyi bununla bağlı qərar qəbul edib.

Məlumata görə, iştirakçı ölkələr gələn il baş tutacaq müsabiqədəki nümayəndələrini saxlaya və dəyişdirə bilərlər.

Qeyd edək ki, bu il Rotterdamda keçirilməsi nəzərdə tutulmuş “Eurovision” mahnı müsabiqəsi COVID-19 pandemiyasına görə ləğv olunub.

Azvision.az


Teqlər: Eurovision  





Xəbər lenti