Ölkəyə 31,7 milyon dollarlıq avtomobil gətirilib

Ölkəyə 31,7 milyon dollarlıq avtomobil gətirilib
  16 May 2020    Oxunub:4386
Apreldə Azərbaycana idxal olunan avtomobillərin sayı 1704 ədəd, dəyəri isə 31 milyon 786 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 3-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 1603-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 76-sı yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 22-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Azvision.az


Teqlər: Statistika   Avtomobil  





Xəbər lenti