Azərbaycan ən çox İtaliyaya məhsul göndərib

Azərbaycan ən çox İtaliyaya məhsul göndərib
  14 May 2020    Oxunub:3485
Yanvar-aprel aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, Azərbaycanın 4 ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 2 milyard 405,6 milyon ABŞ dolları, Yunanıstana 228,1 milyon dollar, Xorvatiyaya isə 190,6 milyon dollar olub.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti