Bu il ölkəyə 17 mindən çox avtomobil gətirilib

Bu il ölkəyə 17 mindən çox avtomobil gətirilib
  14 May 2020    Oxunub:3441
Cari ilin yanvar-aprel aylarında Azərbaycana 201 milyon 420 min ABŞ dolları dəyərində 17 min 196 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 69-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 16 min 20-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 1048-i yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 59-u isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti