71 min şəxsə e-qaydada pensiya, müavinət və təqaüd təyin edilib
Həmin e-təyinat sistemləri vasitəsilə ötən dövrdə 71 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyinatı aparılıb.
O cümlədən, 21300-dən çox şəxsə e-qaydada pensiya, 49700-dək şəxsə e-qaydada müavinət və təqaüd təyin edilib.
Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların pensiya, müavinət və təqaüd hüquqları yaranan zaman hansısa quruma müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmayıb. Həmin sosial ödənişlər məmur-vətəndaş təması olmadan, avtomatik olaraq, tam şəffaf şəraitdə onlara təyin olunub.
Digər bir sıra sosial təminat növləri üzrə təyinatların da elektronlaşdırılması işləri aparılır.
Azvision.az