Azərbaycan təbii qaz ixracını artırıb

Azərbaycan təbii qaz ixracını artırıb
  14 May 2020    Oxunub:2668
İlin ilk 4 ayında ölkədən 4 milyard 365,6 milyon kubmetr təbii qaz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 821 milyon 457 min ABŞ dolları olub.

Xatırladaq ki, 2019-cu ilin eyni dövründə ölkədən 4 milyard 39,6 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 637 milyon 955 min dollar olmuşdu.

Azvision.az



Teqlər: Qaz  





Xəbər lenti