Azərbaycan bu il 4,8 milyard dollarlıq neft ixrac edib

Azərbaycan bu il 4,8 milyard dollarlıq neft ixrac edib
  14 May 2020    Oxunub:3290
Yanvar-aprel aylarında Azərbaycandan 11 milyon 839,7 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac edilən neft və neft məhsullarının dəyəri 4 milyard 821 milyon ABŞ dolları olub.

Xatırladaq ki, 2019-cu ilin eyni aylarında ölkədən 12 milyon 61,6 min ton xam neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri 5 milyard 678,7 milyon dollar təşkil etmişdi.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti