Tarixçi alim: “Paşinyanın babası xəyanətkar olub”

  13 May 2020    Oxunub : 3828
  Tarixçi alim:  “Paşinyanın babası xəyanətkar olub”
Ermənistanın baş naziri Nikol Paşinyanın babası Nikolay Vartanoviç Paşinyanın faşistlərə xidmət etməsi, onun SSRİ-yə qarşı vuruşması təəccüblü görünməməlidir. Ermənilərin hər birinin xəmiri xəyanətlə yoğurulub, xəyanət onların qanındadır.

Bunu Azvision.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, erməni harada məskunlaşırsa, onun maraqlarını nə təmin edirsə, ona xidmət edir.

“Osmanlı imperiyasında uzun illər yaşadılar. Amma zamanı gələndə ermənilər Rusiya ilə yaxınlığa can atdılar, çünki Osmanlı ərazisində dövlət yaratmaq istəyirdilər. Min illər boyu onlara edilən yaxşılığın üstündən bir göz qırpımında xətt çəkdilər. Paşinyanın babasından əlavə, Qaragen Njde də SSRİ-yə qarşı vuruşub, sovet əsgərini öldürüb, azərbaycanlıya da, gürcüyə də güllə atıb. Bu xalqın xisləti, xarakteri belədir. Harada olursa olsun, xəyanət edir. Ermənistanın mərkəzində qoyulan Qaragen Njdenin heykəli əslində qəhramanlıq simvolu deyil, xəyanətin simvoludur. Njde Naxçıvan qəzasında doğulmasına baxmayaraq, ömrü boyu türk müsəlmanalarına qarşı düşmənçilik edib”.

Deputat bildirib ki, Paşinyan, Njde, Dronun hər biri xəyanətkar olub: “Tarix bu gün ədalətli qiymət verməsə, zaman gələcək hər kəs öz qiymətini alacaq. Ermənilər heç bir xalqla dostluq, əməkdaşlıq edə bilmirlər. Onların içindəki xəyanət hissləri buna imkan vermir. Min illər boyu çörəyimizi yedilər, onlara yer verdik, axırda bizim torpaqlarımızı işğal etdilər. Bax, bu fakt özlüyündə ermənilərin necə xalq, necə millət olduğunu göstərir”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan faşizm üzərində qələbənin 75 illiyi münasibətilə sosial şəbəkə hesabında babasının fotosunu paylaşıb. Paşinyan iddia edib ki, babası 138-ci diviziyanın 554-cü atıcı alayında xidmət edib və 1943-cü ildə müharibədə həlak olub.

Erməni baş nazirin paylaşımı birmənalı qarşılanmayıb. Onun babası haqqında məlumatlar araşdırılarkən üzə çıxıb ki, Nikolay Vartanoviç Paşinyan 1943-cü ildə Qaregin Njdenin dəstəsində faşistlərin tərəfində SSRİ-yə qarşı vuruşub.

Aytən Zəhra
Azvision.az

Teqlər: Deputat   Paşinyan   Faşist