“Amrah Bank”a borc öhdəliyi olanların diqqətinə!

“Amrah Bank”a borc öhdəliyi olanların diqqətinə!
  12 May 2020    Oxunub:3219
Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan “Amrah Bank” ASC-yə borc öhdəliyi olan hüquqi və fiziki şəxslərə müraciət edib.
ADIF-dən Azvision.az -a bildirilib ki, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 30 aprel tarixli qərarı ilə “Amrah Bank” ASC müflis elan edilib və iflas proseduruna başlanıb. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu (ADIF) “Amrah Bank” ASC-nin ləğvedicisi təyin edilib.

Bununla əlaqədar olaraq Əmanətlərin Sığortalanması Fondu müflis elan edilmiş “Amrah Bank” ASC qarşısında borc öhdəliyi (kreditləri) olan hüquqi və fiziki şəxsləri məlumatlandıraraq bildirir ki, ödənişlərini köçürmə yolu ilə ləğv prosesində olan (LPO) “Amrah Bank” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesabları vasitəsilə, nağd qaydada isə LPO “Amrah Bank” ASC-nin baş ofisi (Bakı şəhəri üzrə) və filial şəbəkəsi (Bakı istisna olmaqla şəhər və rayonlar üzrə), eyni zamanda “MilliÖn” ödəniş terminalları vasitəsilə həyata keçirə bilərlər.

Azərbaycan Respublikası Mərkəzi Bankında acılmış xüsusi ləğvetmə bank hesabların rekvizitləri:

LPO “Amrah Bank” ASC, VÖEN 1400064171

Mərkəzi Bank, VÖEN 9900071001

SWIFT.BIK (AZN) NABZAZ 2C

SWIFT.BIK (xarici valyuta) NABZAZ 2X

Kod 501004

Müxbir hesab AZN AZ74NABZ01451700000000001944AZN

Hesablaşma hesabı AZN AZ68NABZ01350100000000060944AZN

Müxbir hesab EUR AZ58NABZ01452800000000007954EUR

Hesablaşma hesabı EUR AZ50NABZ01350200000000059954EUR

Müxbir hesab USD AZ51NABZ01452800000000015840USD

Hesablaşma hesabı USD AZ87NABZ01350200000000060840USD

“Amrah Bank” ASC-yə borcu olan şəxslər borclarının ödənilməsinə dair əlavə məlumat əldə etmək üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrah Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat ücün əlaqə nömrəsi (+99412) 480-28-39.

Azvision.az



Teqlər: ADIF  





Xəbər lenti