Şimal vaqon deposunda tikinti işləri davam edir
Emalatxananın inşasında Bakı vaqon təmiri zavodundan demontaj olunmuş qurğu və avadanlıqlardan istifadə edilib. Eni 28, uzunluğu 44 metr, ümumi sahəsi 1250 kvadratmetr təşkil edir. Hər ay burada 500 vaqon təkər cütü tərtib etmək mümkün olacaq. Emalatxanada təkər cütlərinin demontajı, yuyulması və digər işlər də yerinə yetirilir.
QSC-nin sədri Cavid Qurbanov depoya baxış keçirib, tikinti işlərinin gedişatı ilə tanış olub.
Qeyd edək ki, Biləcəri stansiyasında çən vaqonlarının təmiri üçün xüsusiləşdirilmiş vaqon deposu 1934-cü ildə istifadəyə verilib. Ötən əsrin əvvəllərində Bakı ətrafında neft mədənlərindən hasilatın artması ilə əlaqədar depoda daşınma və yük vaqonlarının təmiri təşkil edilirdi.
Azvision.az
Teqlər: Dəmiryolu