Sabunçu xəstəxanası bağlanıb? - RƏSMİ

   Sabunçu xəstəxanası bağlanıb? -    RƏSMİ
  11 May 2020    Oxunub:6128
Sabunçu xəstəxanası kimi tanınan 3 saylı Şəhər Kliniki Xəstəxanasının bağlanması ilə bağlı şayiələr yayılıb.
Azvision.az REAL TV-yə istinadən xəbər verir ki, məsələyə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətinin rəhbəri Pərvanə Əliyeva münasibət bildirib.

“Bu gün səhər saatlarında Bakıda 3 saylı Şəhər Kliniki Xəstəxanasında profilaktik dezinfeksiya işləri aparılıb, lakin bundan sonra xəstələr ambulator müalicə almaq üçün yalnız fərdi qoruyucu vasitələrindən istifadə etməklə xəstəxanaya daxil ola biləcəklər və eyni zamanda, sosial məsafə mütləq şəkildə qorunmalıdır”, - deyə R.Əliyeva açıqlama verib.

Azvision.az


Teqlər: Sabunçu   Xəstəxana  





Xəbər lenti