“Toyota” “VAZ”la toqquşdu, xəsarət alan var

“Toyota” “VAZ”la toqquşdu, xəsarət alan var
  09 May 2020    Oxunub:4399
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərində “Toyota” və “VAZ” markalı iki minik avtomobili toqquşub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: Lənkəran   Qəza  





Xəbər lenti