9 may Böyük Vətən müharibəsində Qələbə günü ilə əlaqədar 10 və 11 may tarixləri Bakı DOST mərkəzləri və Çağrı mərkəzi 142 üçün qeyri-iş günləridir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, 12 may tarixindən etibarən pensiya, müavinət, təqaüd alınması üçün hazır bank kartlarının verilməsi və ünvanlı dövlət sosial yardımının təyin olunması üzrə müvafiq fəaliyyətlər üzrə yenidən xidmət göstəriləcək.