Evlərindən köçürülən 70 ailə prezidentə məktub yazdı

Evlərindən köçürülən 70 ailə prezidentə məktub yazdı
  07 Yanvar 2014    Oxunub:902
Nərimanov rayonu, Heydər Əliyev prospektindəm köçürülən 70-ə yaxın ailə prezidnt İlham Əliyevə məktub yazıblar.

AzVision.az həmin məktubun mətnini təqdim edir:

“Möhtərəm Prezident!

Sizin ölkəmizin tərəqqisi və inkişafı naminə gördüyünüz bütün işlər müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə, xalqımızın, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına yönəldilib.

Bu işlərin bariz göstəricisi kimi Nərimanov rayonunda görülən genişmiqyaslı tədbirlərin mühüm hissəsi rayon əhalisinin sosial rifah halının yüksəldilməsinə xidmət edib. Belə ki, şəhərimizin ümumi görkəminə xələl gətirən, istismar müddəti keçmiş yaşayış binalarının sakinləri kimi biz rayon rəhbərliyi tərəfindən yeni, müasir, milli memarlıq üslubunda, tam təmirli, yaraşıqlı binalarda əvvəlki mənzillərimizin ölçülərindən iki dəfə geniş mənzillərlə təmin olunub. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində rayonun minlərlə sakininin mənzil və məişət şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Sökülmüş yaşayış binalarının yerində rayon sakinlərinin mədəni və səmərəli istirahətinin təmin edilməsi məqsədilə müasir parklar salınıb, sosial-mədəni obyektlər inşa edilib. Yeni mənzillərlə təmin olunmuş Nərimanov rayonun sakinləri olaraq, bizə yaradılan şəraitə görə Sizə minnətdarlığımızı bildiririk.

Fürsətdən istifadə edərək, Sizi və ailənizi qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanın xoşbəxt gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayırıq.
Hörmətlə,

Heydər Əliyev prospekti, 79/2 ünvanından köçürülmüş sakinlər (Cəmi: 70 ailə).


Teqlər:  





Xəbər lenti