İqtisadçı deputat: “Neftə tələb mərhələli şəkildə artacaq”

  06 May 2020    Oxunub : 2850
      İqtisadçı deputat:    “Neftə tələb mərhələli şəkildə artacaq”
"Neftin dünya bazar qiyməti 30 dollarlıq psixoloji həddi keçib. Bu gün "Brent" markalı neftin 1 bareli 31 dollardan baha təklif olunur".
Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, neftə tələbin artması dünya iqtisadiyyatının yenidən açılmasına cəhdlərlə bağlıdır:

"Belə ki, dünyanın ən aparıcı iqtisadi güc mərkəzi hesab edilən ABŞ-ın Prezidenti “hətta daha çox yoluxmalar və dünyasını dəyişənlər olacağı halda belə ölkə iqtisadiyyatının açılmasının gərəkliyini” bildirib. Bu haqda "Bloomberg" agentliyi məlumat yayıb. ABŞAvropa Birliyi iqtisadiyatındakı məhdudiyyətlər aradan qaldırılacağı halda enerji məhsullarına tələb yenidən yüksələcək. Xüsusən qədim qitə iqtisadiyyatı yenidən açılarsa və daxili təyyarə uçuşları bərpa olunarsa, bu halda neftə tələbin mərhələli şəkildə artmasını müşahidə edə bilərik. Təbii ki, iqtisadiyyatdakı məhdudiyyətlər aradan qaldırılmazsa, "qara qızıl"a tələb yenidən azalacaq. Bütün hallarda, neftin dünya bazar qiyməti birbaşa aparıcı ölkələrdə sosial təcrid tədbirlərinin hansı müddətdə tam aradan qaldırılmasından asılı olacaq", - deyə deputat vurğulayıb.

Azvision.az

Teqlər: Deputat   Neft