Malayziya mətbuatı Zirvə görüşündən yazdı
Malayziya KİV-ləri Zirvə görüşünün “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilməsinə xüsusi diqqət çəkiblər. Eləcə də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinad edərək, bu tədbirin dünyada Sülh Naminə Çoxtərəflilik və Diplomatiya Beynəlxalq Gününün qeyd olunduğu dövrə təsadüf etməsini əlamətdar hadisə kimi vurğulayıblar.
Qeyd edək ki, QH üzvü olan Malayziyanın Baş Naziri Muhyiddin Yasin də sözügedən Zirvə görüşünə qoşulmuş, bəyanatla çıxış edərək, təmsil etdiyi ölkənin COVID-19 virusu ilə mübarizə təcrübələrini bölüşmüşdür. Malayziya KİV-ləri bildiriblər ki, Baş Nazir M.Yasin öz çıxışında qlobal pandemiya qarşısında beynəlxalq müştərək dəyərləri təşviq edən Azərbaycan Prezidentinin təşəbbüsünün təqdirəlayiq olduğunu vurğulayıb. Zirvə görüşü barədə Malayziyanın Nazirlər Kabineti də öz internet səhifəsində ölkə ictimaiyyətinə geniş məlumat toplusu təqdim edib.
Materiallar ingilis və Malay dillərində nəşr olunub.
Azvision.az
Teqlər: Malayziya Mətbuat Görüş